"Liverpul" kisənin ağzını bağlamayıb - Olise gəlir

Etdiyi transferlərlə yaya damğasını vuran "Liverpul" daha bir ulduzun ovuna çıxıb.

Sportline.az xəbər verir ki, Mersisayd klubu "Bavariya"nın fransalı sağ cinah vingerini Maykl Oliseni heyətinə qatmaq üçün hərəkətə keçib.

Bu haqda məşhur "Fichajes" nəşri məlumat yayıb.

"Liverpul" bu keçid üçün qarşı tərəfə 130 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, İngiltərə klubu oyunçunun meneceri ilə təmas halındadır.