"Liverpul" - "Kristal Pelas": Heyətlərdəki son durum

İngiltərə Liqa Kubokunda 1/16 final mərhələsinin oyunları davam edir.

Sportline.az xəbər verir ki, "Liverpul" "Enfild Roud" stadionunda "Kristal Pelas"la qarşılaşacaq.

Heyətlərə nəzər saldıqda hər iki komandada ciddi itkilər var.

Mersisayd təmsilçisində qapıçı Alisson Beker, Körtis Cons, Jeremi Frimponq, Rayan Qravenberx zədədən əziyyət çəkir. Aleksander İsakın durumuna matç saatlarında aydınlıq gələcək.

"Kristal Pelas"da Kris Riçards, Çadi Riad, Saleb Korfa və Çek Oumar Dukure baş məşqçi Oliver Qlasnerin sərəncamında olmayacaq.

Qeyd edək ki, "Liverpul" - "Kristal Pelas" oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Görüşün ədalət təmsilçisi Kreq Polson olacaq.