"Liverpul" Kuansanı yenidən heyətə cəlb etmək istəyir

"Liverpul" sabiq futbolçusu Jarrel Kuansanı yenidən heyətinə cəlb etmək istəyir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Patrik Berger məlumat yayıb.

23 yaşlı stopper Almaniyanın "Bayer" klubunda çıxış edir.

Qeyd edək ki, "Liverpul" Kuansanı Leverkuzen klubuna ötən ilin yayında satmışdı.

Mersisayd təmsilçisi bu keçiddən 35 milyon avro qazanc əldə edib.