"Liverpul" Kyeza ilə bağlı qərar verib

"Liverpul" italiyalı futbolçusu Federiko Kyeza ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, baş məşqçi Arne Slot 27 yaşlı futbolçunun satılmasını istəmir. 

Bu səbəbdən klub rəhbərliyi Kyeza ilə yola davam edəcək.

Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, Avropa Çempionunun klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.