"Liverpul" onlarla vidalaşacaq
"Liverpul"da ciddi dəyişikliklər gözlənilir.
Sportline.az xəbər verir ki, bu haqda məşhur jurnalist Florian Plettenberq X sosial şəbəkəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, İngiltərə nəhəngi yay transfer dönəmində bəzi futbolçularla yolları ayıracaq.
Söhbət qapıçı Kevin Kelleher, yarımmüdafiəçi Vataru Endo və Harvi Elliot, həmçinin hücumçu Federiko Kyezo və Dioqu Jotadan gedir.
Bu futbolçuların yerinə isə yeni transferlər ediləcək.
Hazırda ən yaxın izləyicisini 15 xal qabaqlayan "Liverpul" 29 oyundan 70 xalla Premyer Liqanın lideridir.