"Liverpul" qışda ingiltərəli futbolçunu transfer etməyi hədəfliyir

"Liverpul" yanvar ayında "Kristal Pelas"ın ingiltərəli mərkəz müdafiəçisi Mark Gehini transfer etməyi hədəfliyir.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu oyunçunun meneceri ilə danışıqlara başlayıb.

25 yaşlı stopperin transfer qiyməti 45 milyon avrodur.

Qeyd edək ki, Gehinin "Kristal Pelas"la sözləşməsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.