"Liverpul" "Real Madrid"ə 50 milyon avro ödəməyə hazırdır
"Liverpul" yayda heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, əsas hədəf Eduardo Kamavinqadır.
"Caught Offside" nəşrinin yaydığı məlumata görə, Mersisayd təmsilçisi bu keçid üçün "Real Madrid"ə 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 2 qol, 1 asistlə yadda qalıb.