“Liverpul” Rio ilə yeni müqavilə bağlayıb
“Liverpul” gənc hücumçu Rio Nqumoha ilə ilk peşəkar müqavilə imzaladığını açıqlayıb. Bu addım futbolçunun ümidverici karyerasında mühüm mərhələ kimi qiymətləndirilir.
Sportline.az xəbər verir ki, 18 yaşlı oyunçu 2024-cü ilin sentyabrında “Çelsi”dən “Liverpul” Akademiyasına qoşulmuşdu. Artıq əsas komandanın heyətində 5 oyuna çıxan Nqumoha son dəfə İngiltərə Liqa Kubokunda “Sauthempton” üzərində 2:1 hesablı qələbədə meydana çıxıb.