“Liverpul” Semenyo transfer etmək istəyir

“Liverpul” “Bormunt”un sağ vingeri Antoine Semenyonu heyətə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, Mersisayd klubu bu keçid üçün qarşı tərəfə 65 milyon avro ödəməyə hazırdır.

Bu haqda “Telegraph” nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Semenyo cari mövsüm meydana çıxdığı 17 matçda 8 qol, 3 asistlə yadda qalıb.