"Liverpul" "Sounthempton"la matça itkilərlə çıxacaq

İngiltərə Premyer Liqasında bu gün 28-ci tura start veriləcək.

Sportline.az xəbər verir ki, lider "Liverpul" "Enfild Roud"da "Sounthempton"la qarşılaşacaq.

"Liverpul"un heyətində əsas itki Kodi Qakpo və Co Qomezin adı ilə bağlıdır.

"Sounthempton"da isə Adam Lallana, Can Bednarek, Ross Stüart, Ceyms Bri və Ryan Frezer baş məşqçi İvan Yuriçin sərəncamında olmayacaq.

Qeyd edək ki, start fiti 19:00-da səslənəcək oyunu Luyis Simit idarə edəcək.