"Liverpul" ulduzu ilə vidalaşır

"Liverpul" yayda misirli ulduzu Mohamed Salahla yollarını ayıracaq.

Sportline.az xəbər verir ki, bu haqda "BBC Sport" nəşri məlumat yayıb.

Salahın karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm meydana çıxdığı 29 matçda 7 qol, 8 asistlə yadda qalıb.