"Liverpul" ulduzunu satmayacaq
"Liverpul" macarıstanlı ulduzu Dominik Sobozlayini satmaq niyyətində deyil.
Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi 25 yaşlı oyunçuya yeni müqavilə təklif edəcək.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, D.Sobozlayi ilə "Real Madrid" yaxından maraqlanır.