"Liverpul" və "Çelsi" transfer yarışına girib
"Barselona"nın uruqvaylı stopperi Ronald Arauxo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" və "Çelsi" 26 yaşlı mərkəz müdafiəçisini transfer etmək üçün yarışa girib.
Arauxonun dəyəri 35 milyon avrodur.
Qeyd edək ki, sözü gedən futbolçu bu mövsüm meydana çıxdığı 7 matçda 1 qolla yadda qalıb.