"Mançester Yunayted" və "Liverpul" ispaniyalı mütəxəsisə göz qoydu

"Mançester Yunayted" və "Liverpul" Luiz Enrikeni klubun sükanı arxasına gətirmək üçün yarışa girib.

Sportline.az xəbər verir ki, bu haqda "Le Parisien" nəşri məlumat yayıb.

55 yaşlı baş məşqçinin "Paris Sen-Jermen"lə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, L.Enrike PSJ-dən ayrılmaq niyyətində deyil.