"Liverpul" və PSJ yarışa girib
"Liverpul" və PSJ 23 yaşlı futbolçu Morqan Rocersi heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
"Aston Villa" ingiltərəli oyunçusunu satmaq istəmir.
Qeyd edək ki, M.Rocers bu mövsüm meydana çıxdığı 37 matçda 10 qol, 7 asistlə yadda qalıb.