"Şaxtyor" qələbəni əldən verdi, "Liverpul" uduzdu

28 aprel 2016
Avropa Liqası, 1/2 final (İlk oyunlar)

“Şaxtyor” (Ukrayna) – “Sevilya” (İspaniya) - 2:2
QOLLAR: 
Vitolo, 6 (0:1), Marlos, 23 (1:1), Stepanenko, 36 (2:1), Qameyro, 82-pen. (2:2)

“Vilyareal” (İspaniya) – “Liverpul” (İngiltərə) - 1:0
QOL:
Adrian Lopez, 90+2 (1:0)


***

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları olacaq. SportLine.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə keçiriləcək.

Yarışın son qalibi "Sevilya" Ukraynaya səfər edəcək. "Şaxtyor"un qonağı olacaq "əndəlüslər" titullarını qorumaq üçün, ilk növbədə, Donetsk təmsilçisini üstələməlidir. Lakin cari mövsüm inamlı təsir bağışlayan "şaxtaçılar"ın meydana məğlub olmaq üçün çıxacaqları inandırıcı görünmür.

1/4 finalda "Borussiya" səddini aşan "Liverpul" isə bu dəfə "Vilyarreal"la görüşdə uğur qazanmaq niyyətindədir. Heç-heçə "mersisaydlılar" üçün yaxşı nəticə sayılacaqsa, "sarı sualtı qayıq" doğma meydanda mütləq qələbə qazanmalıdır. 

28 aprel 2016
Avropa Liqası, 1/2 final (İlk oyunlar)

23:05. “Şaxtyor” (Ukrayna) – “Sevilya” (İspaniya)

Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomas Listkieviç, Radoslav Sieyka
Əlavə hakim köməkçiləri: Pavel Raçkovski, Tomas Musial (hamısı Polşa)
“Lvov Arena”

23:05. “Vilyareal” (İspaniya) – “Liverpul” (İngiltərə)

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Boyan Ul
Əlavə hakim köməkçiləri: Matey Juq, Slavko Vinçiç (hamısı Sloveniya)
“El-Madriqal"