"Sevilya" Avroliqada hegemonluğunu davam etdirir!

Bu gün UEFA Avropa Liqasında 2015/2016 mövsümünün qalibi müəyyənləşib. SportLine.az xəbər verir ki, həlledici matçda "Liverpul" və "Sevilya" komandaları üz-üzə gəlib. 

Yarımfinalda digər bir ispan klubu - "Vilyarreal"ı üstələyən "mersisaydlılar" finalda da qələbə qazanmaqla, həm kuboka yiyələnmək, həm də "Sevilya"nın bu yarışdakı hegemonluğuna son qoymaq niyyətində idi. İlk hissədə üstünlüyünü qola çevirən "qırmızılar" ikinci 45 dəqiqədə təşəbbüsü əldən veriblər. Üç dəfə rəqib qapısına yola tapan "əndəlüslər" ardıcıl 3-cü dəfə, ümumilikdə isə 5-ci dəfə Avropa Liqasının qalibi olublar. 

"Sevilya" bu nəticə ilə, həm də növbəti mövsüm Çempionlar Liqasında iştirakını təmin edib. Beləliklə, 2016/2017 mövsümündə İspaniya qitənin ən nüfuzlu klub turnirində 5 komanda ilə təmsil olunacaq.

18 may 2016
Avropa Liqası, Final

“Liverpul” (İngiltərə) - “Sevilya” (İspaniya) - 1:3
QOLLAR:
Starric, 35 (1:0); Qameyro, 46 (1:1); Koke, 64; 70 (1:3)
Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Varnmark (hamısı İsveç), Sveyn Oddvar Moen (Norveç)
Bazel, “Sankt Yakob Park”