"Liverpul" yunanıstanlı futbolçusu vidalaşır
"Liverpul" yunanıstanlı futbolçusu Kostas Tsimikas ilə yollarını ayırmağa hazırlaşır.
Sportline.az "Echo" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubunun çalışdırıcısı Arne Slot futbolçunun planlarına daxil deyil.
Tsimikas daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir.
Qeyd edək ki, 29 yaşlı sol cinah müdafiəçisinin dəyəri 18 milyon avrodur.