"Liverpul"da dəyişiklik
“Liverpul”un müdafiəçisi Covanni Leoni zədə alıb.
Sportline.az xəbər verir ki, italyan futbolçu dizindəki çarpaz bağların qırılması səbəbindən uzun müddət meydanlardan kənarda qalacaq.
İngiltərə təmsilçisi bu vəziyyəti nəzərə alaraq Çempionlar Liqasının iştirakçı siyahısında dəyişiklik edəcək. Daha öncə UEFA-ya bildirilməyən Federiko Kyeza heyətə əlavə olunacaq.