"Liverpul"dan 140 milyon avroluq transfer
"Liverpul" yayda rekord transfer həyata keçirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi Joao Neveş Mersisayd klubunun maraq dairəsindədir.
"Fichajes" nəşrinin yaydığı məlumata görə, "Liverpul" bu keçid üçün qarşı tərəfə 140 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, J.Neveş bu mövsüm meydana çıxdığı 16 matçda 8 qol, 1 asistlə yadda qalıb.