"Liverpul"dan 52 milyon avroluq transfer
"Tottenhem"in isveçli futbolçusu Lukas Berqvall "Liverpul"un diqqət mərkəzindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Mersisayd təmsilçisi bu keçid üçün qarşı tərəfə 52 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Liverpul" yanvar ayında "Tottenhem"ə rəsmi təklif göndərəcək.