"Liverpul"dan 70 milyon avroluq transfer
"Liverpul" Adam Vartonu heyətinə qatmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
22 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 40 matçda 7 qolla yadda qalıb.
Qeyd edək ki, A.Varton "Kristal Pelas"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.