"Liverpul"dan 95 milyonluq transfer

"Nyukasl Yunayted"in ingiltərəli futbolçusu Entoni Qordon "Liverpul"un maraq dairəsinə düşüb.

Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi 24 yaşlı oyunçunun meneceri ilə bu həftə görüşəcək.

Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

Qeyd edək ki, E.Qordonun transfer qiyməti 95 milyon funt sterlinqdir.