“Liverpul”dan “Molde”yə

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”ın rəqibi olan “Liverpul”da gözlənilməz ayrılıq baş verib. 

Sportline.az xəbər verir ki, İngiltərə klubunun 19 yaşlı cinah oyunçusu Trent Kone-Doherti Norveç təmsilçisi “Molde”yə transfer olunub.

“Mavi-ağlar” gənc futbolçu ilə 31 dekabr 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.