"Liverpul"dan Qordon həmləsi

"Nyukasl"ın ingiltərəli futbolçusu Entoni Qordon "Liverpul"un transfer hədəfinə çevrilib.

Sportline.az "Sunday Mirror"a istinadən xəbər verir ki, "Liverpul" Qordonu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

23 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 31 matçda 9 qol və 6 asistlə yadda qalıb.

Qeyd edək ki, Qordonun hazır ki dəyəri "Transfermarkt" portalına görə 60 milyon avro olaraq qiymətləndirilir.