"Liverpul"dan "Real Madrid"ə doğru
Dominik Sobozlayi "Real Madrid"ə keçməyə müsbət yanaşır.
Sportline.az xəbər verir ki, Madrid klubunda oynamaq macarıstanlı futbolçunun uşaqlıq arzusudur.
Bu haqda "Defensa Central" nəşri məlumat yayıb.
Qeyd edək ki, 25 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 39 matçda 10 qol, 8 asistlə yadda qalıb.