“Liverpul”dan yeni müqavilə

"Liverpul" 2025/26 mövsümündən etibarən klubun yeni forma istehsalçısının Adidas olacağını açıqladı. 

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin Nike ilə mövcud müqaviləsi bu mövsümün sonunda başa çatırdı.

13 il sonra "Liverpul" və Adidas yenidən bir araya gəlir. Sonuncu dəfə 2006-2012 illəri arasında bu iki tərəf birlikdə çalışmışdı.

"Liverpul"un yeni müqavilədən illik 60 milyon funt gəlir əldə edəcəyi bildirilir.

Mersisayd klubu Nike ilə olan mövcud razılaşmadan illik 30 milyon funt qazanırdı.