“Liverpul”nin yeni Gehi planı

“Liverpul” “Kristal Pelas”ın ingiltərəli futbolçusu Mark Gehini gələn ilin yayında azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda “Give Me Sport” nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi bu yay 25 yaşlı stopperi transfer etməyə cəhd göstərsə də, “Kristal Pelas” oyunçusunu satmaqdan son anda imtina etmişdir.

Qeyd edək ki, M.Gehinin hazır ki dəyəri 45 milyon avrodur.