"Liverpul"u "Real Madrid"ə dəyişə bilər

"Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister "Real Madrid"in diqqət mərkəzindədir.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu yayda argentinalı futbolçunu heyətinə qatmaq istəyir.

27 yaşlı futbolçunun dəyəri 85 milyon avrodur.

Qeyd edək ki, Mak Allister cari mövsüm meydana çıxdığı 39 matçda 5 qol, 4 asistlə yadda qalıb.