"Liverpul"u "Real Madrid"ə dəyişə bilər

"Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Real Madrid" 27 yaşlı futbolçunu heyətinə qatmağa çalışır.

Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Mak Allister cari mövsüm meydana çıxdığı 41 matçda 5 qol, 4 asistlə yadda qalıb.