"Liverpul"u "Real Madrid"ə dəyişə bilər
"Liverpul"un forvardı Hüqo Ekitike yayda "Real Madrid"in sırasına qoşula bilər.
Sportline.az xəbər verir ki, "los blankos" fransalı futbolçu ilə ciddi şəkildə maraqlanır.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, H.Ekitike cari mövsüm meydana çıxdığı 42 matçda 17 qol, 6 asistlə yadda qalıb.