"Liverpul"u tərk edir
"Liverpul"un ingiltərəli futbolçusu Jarrel Kuansa klubdan ayrılmağa hazırlaşır.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Kuansanı satmaq niyyətindədir.
22 yaşlı stoperin transfer qiyməti 30 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Quansanın "Liverpul"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.