“Liverpul”u “Tottenhem”ə dəyişə bilər
“Liverpul”un sol cinah müdafiəçisi Endi Robertson yayda komandasını dəyişəcək.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, “mahmızlar” 32 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır.
E.Robertson 2017-ci ildən Mersisayd klubunun şərəfini qoruyur.
Qeyd edək ki, Şotlandiya millisinin üzvü bu mövsüm meydana çıxdığı 28 oyunda 2 qol, 2 asistlə yadda qalıb.