"Liverpul"un gözü "Leipziq"in futbolçusuna düşüb
"Leipziq"in sloveniyalı futbolçusu Benjamin Şeşko "Liverpul"un transfer hədəfinə çevrilib.
Sportline.az "Give Me Sport"a istinadən xəbər verir ki, Mersisayd klubunun baş məşqçisi Arne Slot Şeşkonu komandasında görmək istəyir.
21 yaşlı forvard bu mövsüm çıxış etdiyi 34 matçda 17 qol və 5 asist müəllifi olub.
Qeyd edək ki, Şeşkonun "Leipziq"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.