"Liverpul"un Kamavinqa sevdası
"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa "Liverpul"un transfer siyahısında yer alır.
Sportline.az xəbər verir ki, Mersisayd klubunun rəhbərliyi fransalı futbolçunun oyununu çox bəyənir.
"Caught Offside" nəşrinin yaydığı məlumata görə, "Liverpul" bu keçid üçün "los blankos"a 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kamavinqa "Real"a 2021-ci ilin yayında "Renn"dən 31 milyon avro qarşılığında transfer olunub.