"Liverpul"un Rodriqo sevdası davam edir

"Liverpul" klubu heyətini gücləndirməyə davam edir.

Sportline.az ESPN nəşrinə istinadən xəbər verir ki, "Real Madrid"in brazilyalı ulduz futbolçusu Rodriqo "Liverpul"un 1 nömrəli transfer hədəfinə çevrilib.

Mersisayd klubu Luiz Diaz satıb, yerinə Rodriqonu heyətə cəlb etməyi düşünür.

Qeyd edək ki, 24 yaşlı futbolçunun transfer qiyməti 90 milyon avrodur.

Rodriqo ilə Londonun "Arsenal" klubuda yaxından maraqlanır.