Livramento London klubuna transfer olmaq istəyir
“Nyukasl Yunayted”in futbolçusu Tino Livramento karyerasını “Arsenal”da davam etdirmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda “Telegraph” nəşri məlumat yayıb.
23 yaşlı sağ cinah müdafiəçisinin dəyəri 40 milyon avrodur.
Qeyd edək ki, T.Livramento cari mövsüm meydana çıxdığı 21 matçda 1 asistlə yadda qalıb.