Livramento "Mançester Siti"yə keçə bilər

"Mançester Siti" "Nyukasl"ın sağ cinah müdafiəçisi Tino Livramentonu heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, "şəhərlilər" yayda "Nyukasl"a rəsmi təklif göndərəcək.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm meydana çıxdığı 19 matçda 1 asistlə yadda qalıb.