Livramentonu iki nəhəng klub istəyir
"Nyukasl"ın futbolçusu Tino Livramento yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, "Mançester Siti" və "Arsenal" 23 yaşlı oyunçunu heyətinə qatmaqda israrlıdır.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Nyukasl" Livramentonu satmaq niyyətində deyil. Lakin yüksək məbləğ təklif edildiyi halda, nəzərdən keçiriləcək.