London klubları Kenan Yıldızı transfer etmək istəyir

"Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Tutto Sport"a istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi" 20 yaşlı oyunçunun xidmətində maraqlıdır.

K.Yıldızın Turin klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, sol cinah vingerinin dəyəri "Transfermarkt" portalına görə, 75 milyon avrodur.