London klubu "Latsio"ya 35 milyon avro təklif edib
"Latsio"nun ispaniyalı müdafiəçisi Mario Gila karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" Mario Gilanı heyətinə qatmaq istəyir.
London klubu bu keçid üçün "Latsio" klubuna 35 milyon avro təklif edib.
Qeyd edək ki, Mario Gila cari mövsüm çıxış etdiyi 43 matçda 2 qolla yadda qalıb.