London klubundan "Mançester Siti"yə təklif var
"Tottenhem" "Mançester Siti"nin brazilyalı futbolçusu Savinyonu heyətinə qatmaq niyyətindədir.
Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, London klubu 21 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Sözü gedən futbolçunun klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Savinyo "Mançester Siti"yə 2024-cü ildə "Troyes"dən 25 milyon avro qarşılığında transfer olunmuşdu.