Lorenzo Lukka "Bolonya"nın hədəfindədir
"Nottingem"də icarə əsasında çıxış edən Lorenzo Lukka karyerasını "Bolonya"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, sözügedən futbolçu müqavilə əsasında "Napoli"yə məxsusdur.
"La Gazzetta dello Sport"un yaydığı məlumata görə, "Bolonya" 25 yaşlı oyunçu ilə ciddi şəkildə maraqlanır.
Qeyd edək ki, L.Lukka bu mövsüm meydana çıxdığı 30 oyunda 3 qolla yadda qalıb.