Lui van Qal qayıdır

Lui van Qalın yenidən Almaniya Bundesliqasına qayıdacağı bildirilir. SportLine.az xəbər verir ki, hollandiyalı mütəxəssisin adı  “Verder”in potensial çalışdırıcıları sırasında hallanır. “Musiqiçilər” Viktor Skripnikin istefasından sonra baş məşqçisiz qalıblar. Xatırladaq ki, Lui van Qal 2009-2011-ci illərdə “Bavariya” ilə Almaniya çempionu və kubokunun qalibi adını qazanıb.