Luis Enrike “Mançester Yunayted”i çalışdıra bilər

"Mançester Yunayted" rəhbərliyi baş məşqçi postu üçün ciddi addımlar atmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, hazırda klubun əsas namizədlərindən biri Luis Enrikedir.

Məlumata görə, Enrikenin bu yay PSJ-dən ayrılacağı ilə bağlı şayiələr güclənməkdədir. İspaniyalı mütəxəssis uzun müddətdir ki, İngiltərə Premyer Liqasında çalışmaq arzusundadır.

Bununla belə, onun gələcəyi ilə bağlı başqa ehtimal da mövcuddur; təcrübəli məşqçi karyerasında birillik fasilə verməyi də nəzərdən keçirə bilər.