Luis Suarez İngiltərə klublarının radarındadır

"Sportinq"in futbolçusu Luis Suarez İngiltərə klublarının transfer hədəfindədir.

Sportline.az xəbər verir ki, "Liverpul" və "Nyukasl" sözügedən oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Bu haqda "Correio da Manha" nəşri məlumat yayıb.

Qeyd edək ki, L.Suarezin transfer qiyməti 40 milyon avrodur.