Luiş Fiqo “Qızıl top” mükafatı barədə danışıb

“Real Madrid”in portuqaliyalı sabiq futbolçusu Luiş Fiqo maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, 51 yaşlı sabiq futbolçu mərasimdə jurnalistlərə müsahibə verərkən bu fikirləri səsləndirib;

“Qızıl top” bu günə qədər önəmli mükafat idi. Lakin son illərə baxsaq bu belə deyil. Rodri bu mükafatı qazandı onu təbrik edirəm. Mənim fikrimcə “Qızıl top”u hamıdan daha çox haqq edən futbolçu Vinisius Juniordur. O “Real Madrid” ilə mükəmməl mövsüm keçirdi. Bütün kubokları qazandı. Bütün finallarda qol vurdu. Bu hər şeyi açıqlayır. Vinisiusa qarşı haqsızlıq olduğunu düşünürəm”, - deyə Luiş Fiqo bildirib.

Qeyd edək ki, Luiş Fiqo 2001-ci ildə bu mükafata sahib olmuşdu.