Luiz Diaz Almaniya nəhənginə keçə bilər
"Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportline.az "Sky Germany" nəşrinə istinadən xəbər verir ki, "Bavariya" Diazın xidmətində maraqlıdır.
Bu keçid üçün Münhen klubu qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Liverpul"un rəhbərliyi 28 yaşlı sol cinah vingeri üçün 85 milyon avro tələb edir.
Luiz Diaz bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 50 matçda 17 qol 5 asistlə yadda qalıb.