Luiz Diaz "Barselona"ya transfer olmaq istəyir
"Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz klubdan ayrılmaq qərarına gəlib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Diaz "Barselona"ya transfer olmaq istəyir.
28 yaşlı futbolçunun Mersisayd klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, L.Diaz bu mövsüm çıxış etdiyi 36 matçda 13 qol və 3 asistlə yadda qalıb.
Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 85 milyon avrodur.