Luiz Diaz getsə, o gələcək
"Liverpul" kolumbiyalı futbolçusu Luiz Diaz klubdan ayrılsa, "Real"dan Rodriqonu transfer etməyə çalışacaq.
Sportline.az "Talk Sport" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu brazilyalı futbolçu üçün 90 milyon avro ödəməyə hazırdır.
Lakin "Real Madrid"in rəhbərliyi Rodriqonu 100 milyon avrodan aşağı satmayacaqlarını açıqlayıb.
Qeyd edək ki, 24 yaşlı sağ cinah vingerinin "los blankos"la sözləşməsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.